Vergi ödəyicilərinin məlumatlandırılması diqqət mərkəzində saxlanılır

Vergi ödəyicilərinin məlumatlandırılması diqqət mərkəzində saxlanılır

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi tərəfindən hazırlanmış 2015-ci ilin yanvar-avqust ayları üzrə statistik göstəricilərə əsasən, vergi ödəyicilərinin məlumatlandırılması diqqət mərkəzində saxlanılır, xidmətlərdən faydalanan ödəyicilərin sayı isə artır.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2015-ci ilin 8 ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin sual-cavab bölməsinə 979 müraciət üzrə 1179 sorğu daxil olub. Bu müraciətlər üzrə 1156 sorğu cavablandırılıb, o cümlədən daxil olmuş 21 sorğu baxılmaq üçün Vergilər Nazirliyinin aparatına göndərilib.

Nazirliyin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) daxil olan istifadəçilərin axtardıqları məlumatları tez və rahat tapması üçün istifadəyə verilmiş "Onlayn bələdçi" xidmətinə edilən 10 min 318 müraciətdən 10 min 110-u (97,98 faiz) cavablandırılıb.

Bu dövrdə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 2 milyon 904 min 729 istifadəçi daxil olub. Bununla yanaşı, nazirliyin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsinə avqust ayında 624 yeni istifadəçi üzv olaraq, istifadəçilərin ümumi sayı 37 min 684 nəfərə çatıb.

Rəsmi internet səhifəsinin "Vergilər naziri ilə əlaqə" bölməsinə təkcə avqust ayında 140 müraciət daxil olub. "Facebook" və "Twitter" sosial şəbəkələrində, "Youtube" video-hostinq serverində və video.az saytında vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Həmçinin "Facebook" səhifəsində vergilərin ölkəmizin tanınmış simaları vasitəsilə təbliğinə xidmət edən "Tanınmışlardan ismarıc var" adlı yeni videolayihə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə