Nadir Əzməmmədov: "Qatar Sumqayıta 48 dəqiqəyə çatır" AÇIQLAMA
"Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, sərnişinləri təhlükəsizliyini təmin etmək üçün çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, dünən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları gediş vaxtı 48 dəqiqə olmaqla 16 reys ediblər. Qeyd edib ki, onlardan 8-i Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına, 8-i isə əks istiqamətə hərəkət edib: "Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı aşağı salınacaq. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək".
N. Əzməmmədov bir daha Bakı-Sumqayıt elektrik qatarının Siyəzənə hərəkət etməsi ilə bağlı fikirlərini bildirib: "Bəzi mətbuat orqanlarında Bakı-Sumqayıt elektrik qatarının Siyəzənə hərəkət etməsi ilə əlaqədar olaraq bir daha bildiririk ki, qatar Bakı sərnişin stansiyasından çıxaraq Baş Sumqayıt stansiyasına daxil olmaqla Sumqayıt sərnişin stansiyasına hərəkət edib. Mətbuatda yazılanlar şər-böhtandan başqa bir şey deyil. Kütləvi informasiya vasitələri nümayəndələrinin diqqətinə çatdırırıq ki, belə dezinformasiyanı yaymamışdan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi ilə əlaqə saxlayıb dəqiqləşdirsinlər".
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının müvəqqəti hərəkət cədvəli
16.09.2015-dən
|
Qatar № |
Bakıdan getmə vaxtı |
Sumqayıta çatma vaxtı |
Sumqayıtdan çıxma vaxtı |
Bakıya çatma vaxtı |
|
5405/6002 |
05:10 |
05:58 |
06:40 |
07:28 |
|
6003/6004 |
05:30 |
06:18 |
07:10 |
07:58 |
|
6005/6006 |
06:50 |
07:38 |
07:55 |
08:43 |
|
6007/6008 |
07:50 |
08:38 |
09:00 |
09:48 |
|
6009/6010 |
16:00 |
16:48 |
17:10 |
17:58 |
|
6011/6012 |
17:25 |
18:13 |
18:30 |
19:18 |
|
6013/6014 |
18:25 |
19:13 |
19:30 |
20:18 |
|
6015/9016 |
19:25 |
20:13 |
20:30 |
21:18 |
Qeyd edək ki, qatar Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində və geriyə hərəkət edir. Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq, Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB