Bakı-Sumqayıt qatarlarının sürəti artırılacaq Hərəkət cədvəli dəyişdi
Sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə Bakı-Sumqayıt dəmir yolu sahəsində bəzi tamamlama işləri aparılacaq. Bu səbəbdən də sözgedən tarixlərdə Bakı-Sumqayıt qatarı fərqli cədvəllə hərəkət edəcək. Belə ki, sentyabrın 19 və 20-də Bakı sərnişin stansiyasından saat 05:30, 07:50, 17:25 və 18:25-də, Sumqayıt sərnişin stansiyasından 07:10, 07:55, 17:10 və 19:30-da yola düşən elektrik qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Həmin günlər elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 06:50, 16:00 və 19. 25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 09:00, 18:30 və 20:30-da yola düşəcək. Təmir işləri başa çatandan sonra qatarlar əvvəlki cədvələ uyğun olaraq hərəkət edəcək.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB