Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, vətəndaşlarda vergi mədəniyyətinin formalaşdırılması, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq sahibkarlar, onların ictimai birlikləri, qeyri hökumət təşkilatları, təhsil müəssisələri, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilir. Bu barədə SİA-ya Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşlərin keçirilməsində əsas məqsəd Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, xüsusən elektron xidmətlər barədə vergi ödəyicilərinin məlumatlandırılması, vergi sahəsində onların biliklərinin daha da artırılmasıdır.
Sentyabrın 16-17-də Beyləqan və Lənkəran rayonlarında "Davamlı iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu" mövzusunda görüşlər keçirilib. Görüşlərdə 8 və 6 saylı ƏVİ-lərin əhatə dairəsinə daxil olan rayonların sahibkarları, icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasəti, Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən islahatlar, təqdim olunan xidmətlər barədə məlumat vermiş, vergi qanunvericiliyinə əməl edilməsinin vacibliyinin cəmiyyətə aşılanması və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin yerli icra hakimiyyəti orqanlarının, sahibkarların, rayon ictimaiyyətinin nümayəndələri çıxış ediblər və Vergilər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər, nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi, vergi borclarının yaranması ilə bağlı problemlər barədə müzakirələr aparılıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB