Rövnəq Abdullayev: “BANM-ın statistikası böyük inkişaf statistikasıdır” FOTO
"BANM-ın statistikası böyük inkişaf statistikasıdır". SİA-ya verilən məlumata görə, bu sözləri SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə deyib. O, Ali Məktəbinin professor-müəllim heyətini və tələbələrini təbrik edib: "Bu gün bizim sıralarımıza 120 nəfər gələcək neftçi qoşulur. Doğurdan da, siz gənclər üçün bu həyatın bir önəmli dönüm nöqtəsidir. Sizə baxarkən özümün ilk dəfə tələbə kimi ali məktəbə gəlişimi xatırlayıram. Həyatda yeni böyük arzular, həyatda yeni addımlar haqda düşünürdük, gələcək haqda düşünürdük. Çox sevincli anlardır. Hər birinizi yüksək bal toplamağınız münasibətilə təbrik edirəm. Mən inanıram ki, siz bu Ali Məktəbin ənənələrini davam etdirib yüksək səviyyəli bir neft mütəxəssisi olacaqsınız. BANM-in statistikası böyük inkişaf statistikasıdır. Bu gün biz deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr, "Bİz neft kapitalını insan kapitalına çevirməliyik" vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz. Biz buna inanırıq. Biz Bakı Ali Neft Məktəbinin kampusunun tikintisini davam etdiririk ki, ilin sonunda sizin sərəncamınıza verək. Bu da sizin yüksək təhsil almağınızla bərabər, regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunmuş Ali Məktəbdə oxumağınıza imkan verəcək və böyük imkanlar yaradacaq. Hamınızı təbrik edirəm, bütün müəllimləri təbrik edirəm. Belə bir nəticələrin olması müəllimlərin əməyidir və inanıram ki, bu davam edəcək".
Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə də çıxış edib və BANM-in professor-müəllim heyətinə və tələbələrinə təbrikini çatdırıb: " BANM bu il 4-cü ildir ki, fəaliyyət göstərir, biz I qrupa tələbələrin axınını, çoxalmasını müşahidə edirik. Bu il ən çox abituriyent I qrupa imtahan verib. BANM qəbulun bir çox göstəricilərinə görə ali təhsil müəssisələri arasında liderdir. TQDK –da 1994-cü ildən bu yana elmi-statistik təhlillər aparılıb, neft ixtisaslarına aid olan xüsusi statistik təhlillər aparmışıq. Orada göstərilir ki, məsələn, 1994 –cü ildə 300-ə yaxın yer təqdim olunurdusa, o yerlərə 400-500 nəfər sənəd verirdi. İndi isə 30 mindən çox, ən çox 600 baldan yuxarı nəticə göstərən abituriyentlər məhz I qrupdadır. Birinci qrupda 690-700 bal arasında 25 - dən çox abituriyent var idi. Bu onun göstəricidir ki, abituriyentlərin arzuları var. Siz artıq arzunuza çatmısınız. Mən sizinlə fəxr edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB