"Günəşli" yatağındakı 13 nömrəli dərin dəniz özülündən 352 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2850-2837 metr intervaldan sutkalıq 70 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB