"Qazprom": "Türkiyə axını" qaz kəmərinin çəkilişi təxirə salınır
"Türkiyə axını" qaz kəmərinə aid ilk boru xəttinin istifadəyə verilməsinin vaxtı Türkiyədəki siyasi böhran səbəbindən geri çəkilir. Bu barədə "Qazprom" şirkətinin sədr müavini Aleksandr Medvedev bildirib. Rusiyanın NTV telekanalı xəbər verir ki, "Türkiyə axını" layihəsi dörd boru xəttinin tikilməsini və onların mərhələlərlə istifadəyə verilməsini nəzərdə tutur.
Kəmərinin ilk boru xəttinin 2016-cı ilin dekabrında işə salınması nəzərdə tutulurdu. Aleksandr Medvedev hazırda Türkiyədə baş verən siyasi böhranla əlaqədar bu vaxtın geri çəkiləcəyini deyib. Onun sözlərinə görə, Türkiyədə müvəqqəti hökumət qurulduğu üçün qaz kəmərinə dair dövlətlərarası sazişin imzalanması qeyri-mümkündür.
Xatırladaq ki, Türkiyəyə çəkiləcək qaz kəmərinin ilk boru xətti 4,3 milyard avro, bütün dörd xətt isə 11,4 milyard avro həcmində qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB