Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun Göytəpə şəhərinin qaz təsərrüfatı yenilənir. "Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən şəhərdə birpilləli sistem əsasında yeni qaz xətləri çəkilir.
Avqust ayının sonlarından başlayan yenidənqurma işlərinə 8 briqada cəlb edilib. Artıq bir neçə küçədə işlər yekunlaşıb, Əzizbəyov və Sabir küçələrində son tamamlama işləri görülür.
Abonentlərin mavi yanacaqdan keyfiyyətli və sabit təzyiqdə istifadə edə bilmələri üçün Göytəpə şəhərindəki qaz tənzimləyici məntəqədəki avadanlıqlar tam işlək vəziyyətə gətirilib. Şəhərə verilən mavi yanacağın təzyiqi buradakı qurğular vasitəsilə tənzimlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB