"Türdilli Dövlətlərin inteqrasiyası çox yaxşı təşəbbüsdür" MÜSAHİBƏ
"Türkdilli Dövlətlərin inteqrasiyası çox yaxşı bir təşəbbüsdür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkdilli xalqların inteqrasiyası ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Türkdilli Dövlətlərin böyük bu sahədə böyük daxili bazarı və ixracat potensialı var: "Ölkələr ciddi şəkildə bir-biri ilə tamamlayıcı məhsullar istehsal edə bilsələr, xarici bazara çıxış yolları haqda birgə düşünsələr və birgə addım atsalar təbii ki, bunun həmin ölkələrin iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına ciddi müsbət təsiri ola bilər. Bu layihənin həyata keçirilməsi çox yaxşı olardı. Bunu yarada biləcək dövlətlər də var. Həmin ümumi iqtisadi əlaqələri qurarkən inteqrasiyadan narahat ola biləcək ətraf ölkələri də nəzərə almaq lazımdır ki, bu layihəyə maneyə törətməsinlər".
İqtisadçı bildirib ki, türkdilli dövlətlərin böyük əksəriyyətinin enerji daşıyıcılarının xarici ticarətdə rolu çox böyükdür. Xaricə mal ixrac edən ölkələr arasında Türkiyə xüsusilə fərqlənir. Türkiyənin bu sahədə türkdilli ölkələrə yol göstərməsi vacib rol oynaya bilər.
Türkiyənin bu sahədə ciddi potensialı var. Artıq bu ölkə xarici ticarət dövriyyəsini 200 milyon dollara çıxarmağı hədəfləyir.
Əslində Türkdilli Dövlətlərin inteqrasiyası çox yaxşı bir təşəbbüsdür. Amma hədəf hazır məhsulun xarici bazara çıxarılması olmalıdır. Çünki xammal şəklində xarici bazara məhsul çıxarılmasında elə də bir problem yoxdur. Hazır məhsulun istehsal olunmasına və bazara çıxarılmasına çalışmaq lazımdır. Bu barədə Türk Dövlətləri birgə plan hazırlamalıdır. Bu həm də Türkdilli Dövlətlərin dünyada çəkisinin artmasına gətirib çıxarar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB