2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub. Proqnoz tapşırığına isə 101,4 faiz əməl edilib. Bu barədə SİA-ya Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Nazirliyin 2015-ci ilin yanvar-avqust aylarında vergi daxilolmaları haqqında məlumatda bildirilib ki, hesabat dövründə vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB