Neftin dünya bazarındakı qiymətinin kəskin şəkildə ucuzlaşması müxtəlif müzakirələrə səbəb olub. Qiymətlərin bu dərəcədə azalması ilə bağlı müəyyən fərziyyələr mövcuddur. Bu baədə SİA-ya açıqlama verən iqtisadçı ekspert Samir Əliyev iki əsas versiyaya toxunaraq bildirib ki, hə iki versiya siyasi və fundamental əsaslara söykənir.
İqtisadçının sözlərinə görə siyasi səbəb birbaşa Rusiya ilə bağlıdır: "Belə ki, Rusiya Ukraynanın bəzi bölgələrini işğal etdikdən sonra Qərb və ABŞ Rusiyanı yerinə oturtmaq üçün neftin qiymətinə ucuzlaşdırdı. Bu versiya daim səslənən bir fakt halına gəlib. Başqa bir versiya isə bazarda yaranan təklifin həddən artıq olmasıdır. Əslinə qalsa hər iki versiya mümkündür. Lakin bir çoxları tərəfindən əsas götürülən səbəb isə fundamentaldır".
Samir Əliyev bildirib ki, bu gün dünya bazarında gündəlik 2 milyon bareldən çox neft satışa çıxarılır ki, bu da ötən illərə nisbətən daha çoxdur: "Hazırda Amerika dünyada ən çox neft istehsal edən ölkədir. İkinci yerdə isə Çin durur. Lakin indi Amerika öz tələbatını daxili neft hesabına təmin edir. Amerika 40 ildən çox idi ki, öz ehtiyatlarının ağzını bağlamışdı və istifadə etmirdi. İndi onlar öz tələbatlarını özləri ödəyirlər. Buna görə də xaricdən neft almırlar. İkinci ən böyük neft istehsal edən ölkə olan Çinin iqtisadiyyatında isə vəziyyət arzuolanan kimi deyil. Beləliklə həm ABŞ-ın, həm də Çinin timsalında neftə tələbat azalıb. Bununla belə təklif də artıb. Çünki ABŞ hasilatı artırıb. İranın bu yaxınlarda neft bazarına daxil olması da qiymətlərə kəskin şəkildə təsir etdi. Buna görə də bir çoxları neftin qiymətinin ucuzlaşmasını fundamental səbəblərdə görürlər. Amma təbii ki, siyasi səbəblər də istisna deyil".
Amerikanın 40 ildən çox istifadə etmədiyi daxili neft ehtiyatlarının ağzını Rusiya ilə münaqişədən sonra açması məsələsinə toxunan Samir Əliyev bildirib ki, bu fikir əslində maraqlı gələ bilər, lakin Amerika həmişə məsələlərə öz dövlətçilik maraqlarından yanaşır: "ABŞ heç vaxt Rusiya üçün öz maraqlarından əl çəkməz. ABŞ üçün əsas olan öz milli maraqlarıdır. ABŞ neftini gələcək nəsillər üçün saxlamışdı. Dünyada neft ehtiyatı tükəndiyi halda ABŞ öz ehtiyatlarına müraciət etmək istəyirdi.
Təbii ki, ABŞ-ın belə bir addım atması Rusiya ilə bağlı planın bir hissəsi ola bilər. Lakin əsas səbəb daha maraqlıdır. Mənim fikrimcə, ABŞ nefti əvəzləyə biləcək yeni və çox gözəl enerji ehtiyatı tapıb. Yaxın dövrdə bu enerji ehtiyatının nədən ibarət olduğunu görəcəyik.
Artıq elektromobillərin sayı artır. Hansı ki, onlar günəş enerjisi ilə çalışır. Dünyada günəş və külək enerjisi kimi bərpa olunan ehtiyatlar var. Onların payı getdikcə artır və neft, qaz və daş kömürün payı azalır. Artıq neftin bir çox alternativi mövcuddur. Amerika da bu alternativlərdən istifadə etmək planındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB