Qarşıdakı payız-qış mövsümündə istehlakçıların təhlükəsiz və etibarlı qaydada təbii qazla təminatı üçün Lənkəran Rayon Qaz İstismar Sahəsi tərəfindən zəruri tədbirlər görülür. SİA-nın Cənub bürosunun məlumatına görə, qaz xətlərinə və cihazlarına keçirilən texniki baxış və profilaktiki xidmət işlərinin keyfiyyəti artırılır, aşkar olunmuş nöqsanlar aradan qaldırılır. Qaz tənzimləyici şkaflar təmir edilir, bəziləri isə yenisi ilə əvəz olunur. Sayğacların qəbulu və istismarı xidməti tərəfindən 2478 ədəd yeni quraşdırılmış məişət qaz sayğacları əhalinin istismarına verilib.
Xidmət rəisi Azad Babayevin sözlərinə görə, 1129 ədəd istismar müddəti bitmiş məişət qaz sayğacları yenisi ilə əvəz olunub, 689 ədəd sayğacın yeri dəyişdirilib, 7330 ədəd yeni plastik plomb vurulub.
Qeyd edək ki, sahənin təbii qazın qəbulu və satışı xidmətində sayğac göstəricilərinin çıxarılması və texniki baxışın keçirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb. Bunun sayəsində əhaliyə xidmətin və texniki baxışın daha da yüksək səviyyədə keçirilməsi təmin olunur.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB