“Günəşli” yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağındakı 11-ci özüldən 345 nömrəli quyu qazmadan sonra istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, "SOCAR-AQŞ" Müştərək Müəssisəsi tərəfindən fasilə lay dəstəsinə qazılmış quyu qazlift üsulu ilə məhsul verib, 3144-3138 metr intervaldan sutkalıq 150 min kubmetr qaz və 80 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.

Quyu "Azneft" İstehsalat Birliyinin "28 May" neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə