Bank VTB "Blizko" sisteminə qoşuldu

Bank VTB (Azərbaycan) "Blizko" pulköçürmələri sisteminə qoşulması prosesini başa çatdırıb. "Blizko" sistemi MDB və yaxın xarici ölkələrdə fəaliyyət göstərən 75 mindən çox məntəqədə pul köçürmək və qəbul etməkimkanı verir. Pulköçürmələr dollar, avro və rus rublu ilə həyata keçirilir.

İstiqamətdən asılı olmayaraq köçürmənin sürəti 1 dəqiqəvaxt alır. Xidmət üzrə komissiya yalnız vəsaiti göndərən şəxsdən tutulur. Komissiya orta hesabla köçürülən vəsaitin 0,5-0,8%-i təşkil edir.

"Blizko" təcili pulköçürmə xidmətlərindən bank VTB (Azərbaycan)-ın bütün filiallarında, o cümlədən Xırdalan, Sumqayıt və Gəncə şəhərlərindəki ofislərində istifadə etmək olar.

"Biz hər zaman müştərilərimizə keyfiyyətli xidmət göstərməyə çalışırıq. Məhz buna görə bank VTB (Azərbaycan) pul köçürmələri xidmətlərini genişləndirir. "Blizko" sistemi bankın müştərilərinə tez, etibarlı, asan və sərfəli qiymətə pul köçürmə üzrə əməliyyatlar aparmağa imkan verəcək "- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə