“Ölkələr valyutanı qorumaq üçün vəsait xərcləmək istəmirlər" AÇIQLAMA
"Hazırda bütün dövlətlərin valyutalarında devalvasiya gedir. Dünyada neftin qiyməti aşağı düşdükcə, neft ixrac edən ölkələrdə devalvasiya prosesi yaşanır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib.
O qeyd edib ki, dünyada neftin qiyməti 40 dollar ətrafında olarsa, neft ixrac edən ölkələrin hamısında devalvasiya gözləniləndir: "Ölkələrin neftdən gəlirləri azalır və həmin ölkələr valyutanı qorumaq üçün əlavə vəsait xərcləmək istəmirlər. Dünyada neftin qiyməti 40 dollara qədər düşdükdən sonra Qazaxıstanda da devalvasiya prosesi yaşandı. Amerika Birləşmiş Ştatları öz valyutasının dəyərini artırdıqca, sənaye məhsullarını xaricdən dollarla əldə edən ölkələrdə avtomatik olaraq bahalaşma gedir. Bundan sonra ticarət zamanı valyutalar arasında qalan fərqi ödəmək məcburiyyətində qalırlar. Neftdən gələn gəlirlər azalan tempdə davam edirsə, bu zaman ölkənin xarici ticarətinə zərər dəyir. Əvvəllər süni sürətdə də olsa valyutamızın sabitliyi qorunub saxlanırdı. Hazırda isə, devalvasiyanın verdiyi zərər valyutanın qorunması üçün xərclənən maliyyədən daha azdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB