Avqustun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 11.00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, H.Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (050) 235-01-50, (02332) 6-83-16, faks: (02332) 6-83-16, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB