"Neftin qiyməti bahalaşa bilər" ŞOK PROQNOZ

"Neftin qiyməti bahalaşa bilər" ŞOK PROQNOZ

"Hazırda çox təlatümlü bir dövr yaşayırıq. Demək olar ki, əvvəllər verilən proqnozların heç biri özünü doğrultmadı. Yayın sonunda neftin qiymətinin bu qədər ucuzlaşacağı gözlənilmirdi". Bu sözləri SİA-ya Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün proqnozlar neftin qiymətinin ilin ikinci yarısında bahalaşacağına dəlalət edirdi: "Artıq qış mövsümünə hazırlıq dövrü başlayır. Adətən bütün ənənələrə görə bu dövrdə neft qiymətlərində bahalaşma müşahidə olunurdu. Ona görə də proqnozların əksəriyyəti qiymətlərin iyul ayının əvvəllərindən ucuzlaşacağını göstərirdi. Düzdür əvvəllər bu proses İran faktoru ilə əlaqələndirilirdi. Lakin sonra tələb və təklif məsələləri, ABŞ-da neft ehtiyatlarının artması və sonrakı dövrdə isə ən böyük neft istehlakçılarından olan Çin bazarının çökməsi gündəmə gəldi. Artıq burada söhbət bazarın sonrakı faktorlara qarşı özünü necə aparmasından gedir. Məsələ ondadır ki, dünyanın öndə gedən beyin mərkəzləri, iri banklar və neft agentlikləri deyilənlərin əksinə 4-cü rübdə neft qiymətlərində artım olacağını proqnozlaşdırıblar. Çünki bu mövsümdə neftə olan tələbat kəskin dərəcədə artır. Reallıq proqnozlardan fərqli olur. Ona görə də həqiqəti görmək üçün gözləməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə