Dolların kursu düşəcəkmi? Ekspert rəyi

Dolların kursu düşəcəkmi? Ekspert rəyi

Amerikanın iqtisadçı eksperti Uiliam Enqdal bildirib ki, Qərb iqtisadi mərkəzləri dolların məzənnəsini qorumaq üçün qızılın qiymətlərinə ciddi nəzarət edir. Buna görə də Rusiya və Çin öz aralarında qızıl bazarı qurmağı planlaşdırırlar. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, iqtisadçı Rusiya və Çin əməkdaşlığının beynəlxalq aləmdə iqtisadi dəyərləri ciddi istiqamət verdiyi açıqlanıb. Enqdal bildirib ki, Amerikanın FED və İngiltərə Bankı kimi Qərbin öndə gedən mərkəzi bankları dolların dünya bazarındakı kursunu sabit saxlamaq üçün qızılın qiymətini manipulyasiya edirlər. Qərb bununla ABŞ dollarının məzənnəsini sabit saxlamaq və iqtisadiyyatını canlandırmaq məqsədi güdür. Bu baxımdan o, Nyu York və Londondakı qızıl əməliyyatlarının şüphəli əllərdə olduğunu vurğulayıb.

İqtisadçının sözlərinə görə, Rusiya və Çin məhz buna görə Qərb bazarından ayrı fəaliyyət göstərəcək qızıl bazarı quramağı planlaşdırırlar. O bildirib ki, bu qrup ABŞ-ın pul oyunlarından ayrı tutulacaq.

İqtisadçı ekspert Samir Əliyev isə məsələyə fərqli bir aspekdən yanaşıb. Onun sözlərinə görə, dünyadakı əsas xammalın alqı-satqısı dollarla aparılır: "Buna görə də dolların qiymətinin dəyişməsi neft və qızılın qiymətlərinə həmişə təsir edib. Qızılın qiyməti dolların məzənnəsindən birbaşa asılıdır.

Qızılın qiymətinə təsir göstərən iki ölkə var: Hindistan və Çin. Bu iki ölkə ən çox qızıl istehsal edən ölkələrdir. Hazırda qızılın qiyməti düşür. Və bu dolların bahalaşmasından daha çox qızıla olan təlabatın azalması ilə bağlıdır.

Rusiya və Çin aralarında qızıl bazarı qurmaqla dolların təsir imkanlarını azaltmağa çalışırlar. Lakin Çin və Rusiya qızıl bazarı yaratsa belə oradakı qızılın qiyməti Dünya London Birjasındakı qızılın qiyməti əsasında müəyyən ediləcək. Bu halda alqı-satqının hansı valyuta ilə aparılmasının əhəmiyyəti yoxdur. Dünya Əmtəə Birjasında qızılın qiyməti dollarla müəyyən olunur. Rusiya və Çin də qiymətləri dollara nəzərən hesablayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə