Azərbaycana avtomobil idxalı azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 19 476 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsaindən SİA-ya verilən xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 862 avtomobil və 1,97 dəfə azdır. Ölkəyə gətirilən avtomobillərin 660 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 275 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 196 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə