RYTN bütün e-xidmətlərini "e-hökumət” portalında yerləşdirib

RYTN bütün e-xidmətlərini "e-hökumət” portalında yerləşdirib

"Elektron hökumət" bülleteninin avqust buraxılışında "Elektron hökumət" portalındakı (e-gov.az) e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə növbəti müqayisəli təhlili aparılıb. Bu siyahıda digər dövlət qurumları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 xidmətini görmək olar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, RYTN-in təsdiq olunmuş 16 elektron xidmətdən hər biri "Elektron hökumət" portalında yerləşdirilib.

Ümumilikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti portal üzərindən istifadə olunur.

RYTN-in rəsmi internet səhifəsində (mincom.gov.az) isə 26 elektron xidmət istifadədədir. Nazirliyin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında olan 16 xidməti saytda yerləşdirilən 26 xidmət sırasında yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə