Cəlilabadın Üçtəpə-Təzəkənd avtomobil yolu əsaslı təmir olunur FOTOLAR

Cəlilabadın Üçtəpə-Təzəkənd avtomobil yolu əsaslı təmir olunur FOTOLAR

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq bu ilin yanvar ayından əsaslı təmirinə başlanmış Üçtəpə-Təzəkənd avtomobil yolunda işlər başa çatmaq üzrədir. SİA-nın Cənub bürosunun məlumatına görə, yolun 17 kilometrlik hissəsində asfaltlama işləri başa çatıb. Uzunluğu 20 kilometr olan yoldan rayonun 6 yaşayış məntəqəsinin 24 min sakini istifadə etməklə yanaşı, həm də Ələt-Astara magistralına birbaşa çıxış əldə edəcək.

Üçtəpə-Təzəkənd avtomobil yolunda əsaslı təmir işlərinin avqustun sonunadək başa çatdırılması nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə