Elektron imza istifadəçilərinin sayı artıb

Elektron imza istifadəçilərinin sayı artıb

Ölkəmizdə istifadədə olan elektron imza sertifikatlarının sayı 35098-ə çatıb. Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər artıb.

Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib.

Hazırda ümumilikdə e-imzaya sahib vətəndaşların sayı 7629-a, dövlət qurumlarının sayı 21201-ə, hüquqi şəxslərin sayı isə 6268-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə