İran “Azərkosmos”un peyk xidmətlərindən istifadədə maraqlıdır
İran Teleradio Yayım Təşkilatı Qafqazda yeganə operator olan "Azərkosmos" ASC tərəfindən istismar edilən peyklərin xidmətlərindən istifadədə maraqlıdır. Bu məsələ ilə bağlı Azərbaycanın peyk operatoruna müraciət olunması planlaşdırılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, İran və Azərbaycan arasında yayım, tezliklərin tənzimlənməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, endirimli şərtlərlə avadanlığın alınması və istismarı, həmçinin digər istiqamətlərdə də əməkdaşlıq genişləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə