Ən çox istifadə edilən xidmət

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalında aktual olan daha bir elektron arayışın statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, statistikaya əsasən, iyul ayı ərzində vətəndaşlar "İş yerinə dair arayış" elektron xidmətindən 18547 dəfə faydalanıb.

Bu elektron arayış vətəndaşlara kredit götürmək üçün bir sıra banklara və kredit təşkilatlarına müraciət etmək imkanı verir.

"İş yerinə dair arayış"ın əldə edilməsi üçün "Elektron hökumət" portalında autenfikasiyadan keçmək tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə