68 min 450 ton dizel yanacağı ixrac edilib

68 min 450 ton dizel yanacağı ixrac edilib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyul ayında 68 min 450 ton dizel yanacağı, 27 min 972 ton təyyarə yanacağı və 101 ton soba mazutu ixrac edib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, ümumilikdə, 2015-ci ilin yanvar-iyul ayları ərzində 560 min 305 ton dizel yanacağı, 131 min 482 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.

2015-ci ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 643,33 dollar, təyyarə yanacağının - 508,82 dollar, dizel yanacağının - 494,77 dollar, 1% kükürdlü mazutun qiyməti isə 291,64 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə