İpoteka kreditlərinin verilməsi zamanı ilkin ödəniş ləğv ediləcək? AÇIQLAMA
İqtisadçı bildirib ki, regionlara ayrılan ipoteka kreditlərinin səmərəliliyinin yüksəldilməsi, kreditlərin region əhalisinə əlçatanlığının təmin edilməsi olduqca aktual məsələlərdəndir: "Bu baxımdan regionlarda yaşayan vətəndaşlarımız üçün daha güzəştli şərtlər ilə kreditlərin təklif edilməsi olduqca vacibdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir".
Vüqar Bayramov onu da diqqətə çatdırıb ki, ipoteka proqramına edilən dəyişikliklər eyni zamanda maksimum məbləğin artırılmasını və gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsini, regionlar üçün ipoteka kreditlərinin müəyyənləşdirilməsini özündə əks etdirəcək: "Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin artırılması nəzərdə tutulub. İpoteka kreditlərində maksimum məbləğ 50 mindən 100 min manatadək artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək.
İpoteka fondu xətti ilə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50% regionlar üçün ayrılmalıdır. Məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Eləcə də regionlar üçün sosial ipoteka kreditlərinin faiz dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi vacibdir. Faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



