İran neftin 1 barelini 45 dollara satacaq

İran neftin 1 barelini 45 dollara satacaq

İrana tətbiq olunan sanksiyaların aradan qaldırılması və Qərblə nüvə danışıqlarında razılığına gəlinməsi neft qiymətlərinə kəskin təsir edəcəyi gözlənilir.

Proqnozlara görə neft təchizatı əhəmiyyətli dərəcədə artacaq. Bu baxımdan xam neft istehsal edən İran neft qiymətlərini aşağı salacaq.

Ekspertlərin fikrincə İran neftin 1 barelini 45 dollara sata bilər. Lakin hələ nüvə danışıqlarının sona çatmaması bu prosesi ləngidəcək. İran artıq bəyan edib ki, sanksiyalar aradan qaldırıldıqdan sonra sutka ərzində 2.87 milyon barel istehsal edə bilər.

Məlumata görə 2018-də bu rəqəm gündəlik 5.7 milyon ola bilər.

İranın neft bazarına üstünlük əldə etmək naminə neft qiymətlərində endirim edəcəyi gözlənilir. Proqnozlara görə bu qiymət 45 dollaradək enə bilər.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə