Yunanıstan BVF-dən yenə kredit istədi

Yunanıstan BVF-dən yenə kredit istədi

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstan hökumətinin yenə kredit üçün müraciət etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Beynəlxalq Valyuta Fondu (BVF), yunan rəsmiləri tərəfindən qurumdan yenə kredit əldə etmək üçün məktub aldıqlarını təsdiqləyib. Məlumatda Yunanıstan dövlət orqanları və Avropalı tərəfdaşların məsələ ilə bağlı görüşəcəyi bildirilir.

Qeyd edək ki, Yunanıstan 2 milyard avroya çatan gecikmiş borclarını BVF-yə həftə başında ödəmişdi. Bundan sonra yeni maliyyə tələb etmək haqqını əldə etmişdi. Yeni müzakirələr isə ölkədə şiddətli qarşıdurmaya səbəb olub. Buna görə də, BVF-nin Afinada keçiriləcək yığıncağı təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə