Yerli arı cinsləri məhv ola bilər SOS

Mütəxssislərimiz həyəcan təbili çalır
Yerli arı cinsləri məhv ola bilər SOS

Mütəxssislərimiz həyəcan təbili çalır.Xarici ölkələrdən gətirilən ana arılar yerli cinslərin məhvi ilə nəticələnə bilər.Bunun aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanılıb.Məhsuldar sort yerli cinslərin daha da artırılması və ölkədə ilk dəfə olaraq arıların süni mayalandırılmasına da hazırlıq görülür.

Xarici ölkələrdən gətirilən arılar yerli cinslərin məhvinə səbəb ola bilər.

Respublika xaricindən gətirilən ana arılar yerli cinslərlə cütləşdirilərək məhsuldarlıq artırılır.Lakin,seleksiya işləri qaydaya uyğun və sonacan aparılmadığından məhsuldarlıq qısamüddətli olur.Üstəlik yerli arı cinslərinin məhvi ilə də nəticələnə bilər.

Bu cür fəsadların aradan qaldırılması məqsədilə Elmi-Tədqiqat İpəkçilik İnstitutunun nəzdindəki Arıçılıq Laboratoriyasının mütəxəssislər tərəfindən maarifləndirici kurslar keçirilir.Laboratoriyanın mütəxəssisləri hazırda yerli "qabaqtəpə" arı cinsinin daha da artırılması və ilk dəfə olaraq arılarda süni mayalanmanın aparılması üzərində hazırlıq görür.Bu məqsədlə xeyli vəsait ayrılıb və lazım olan bütün avadanlıqlar alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə