Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması barədə göstəriş verdi. Bu xəbər gənc ailələrin sevincinə səbəb oldu. Dövlət başçısı ipoteka mexanizminin təkmilləşdirilməsi ilə də bağlı tapşırıq verdi. Bəs bu proses necə həyata keçirilə bilər?
Azərbaycanda ipoteka kreditlərinə indikidən 4 dəfə artıq vəsait ayrılacaq. 2015-ci ilin dövlət büdcəsindən bu sahəyə 50 milyon manat ayrılmışdısa, prezidentin tapşırığı ilə bu məbləğ 200 milyon manata çatdırılacaq. Deməli, 4 mindən artıq ailə ipoteka ilə ev ala biləcək. Dövlər başçısı onu da bildirdi ki, verilən vəsaitə ya mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Aidiyyatı qurumlara bununla bağlı mexanizmin hazırlanması ilə bağlı tapşırıq verildi. Deməli ənənəvi təcrübə ilə yanaşı, sırf ipoteka üçün evlərin tikintisi həyata keçiriləcək. Bu sahədə inkişaf etmiş ölkələrin müsbət nəticə verən təcrübələri mövcuddur.
Bununla yanaşı sosial mənzil fondunun yaradılması da gündəlikdədir. Bu cür evlərin tikintisi ipoteka ilə bağlı hazırda müşahidə olunan neqativ halların da qarşısını alacaq. İpoteka üçün ayrıca evlərin inşası tikinti sektorunda da canlanmaya səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB