"Elektron hökumət" portalındakı "Onlayn Konsultasiya" xidməti rahatlığına və operativliyinə görə istifadəçilərin rəğbətini qazanıb. Rabitə və yüksək Məlumat Hesablama Mərkəzindən SİA-ya verilən məlumata görə, təkcə iyun ayında vətəndaşlar 3 429 dəfə onlayn konsultasiya xidmətindən istifadə ediblər.
Bu xidmət vasitəsi ilə vətəndaşların portala müraciəti zaman yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapır. Bu servis vətəndaşların irad, təklif və şikayətlərini dərhal qeydə alaraq, operativ tədbirlər görülməsi üçün mükəmməl vasitədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB