SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyun ayında 11 min 222 ton dizel yanacağı ixrac edib. SOCAR-dan SİA-ya vdrilən xəbərə görə, ümumilikdə, 2015-ci ilin yanvar-iyun ayları ərzində 491 min 855 ton dizel yanacağı, 103 min 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilmişdir. 2015-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-688,92 dollar, təyyarə yanacağının-576,85 dollar, dizel yanacağının-561,82 dollar, 1% kükürdlü mazutun qiyməti 331,98 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB