Qlobal bazarlarda Yunanıstan böhranı davam edir

Qlobal bazarlarda Yunanıstan böhranı davam edir

Yunanıstan ilə kreditorlar arasında hələ də razılaşma əldə edilməməsi qlobal bazarları narahat edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qlobal bazarlarda Yunanıstanın kreditorlarla müzakirələrdə nəticə əldə edə bilməməsi, ABŞ tərəfindən də narahatlıqla qarşılanıb. Avropa İttifaqı liderlərinin sammitində isə bu məsələ ilə bağlı fikir mübadiləsinin aparılması ortaya qoyulub. Dünən ABŞ-ın son böyümə həcminin 0,2 faiz azaldığı qeydə alınıb. Ölkənin fərdi istehlak xərclərinin isə 2,1 faiz artdığı açıqlanıb. Yunanıstanın hələ də kreditorlarla razılıq əldə edə bilməməsi adıçəkilən ölkənin də iqtisadiyyatına mənfi təsir edib. Pay bazarlarında satış təzyiqi artmağa başlayıb. Qlobal iqtisadi hadisələrin xaotik cərəyan etdiyi bir vaxtda, dollar indeksi 94,9 ilə 95,5 bantı arasında hərəkət edib. ABŞ-ın 10 illik təhvil faizləri 2,37 faizə qədər geriləyib. "Dow Jones" indeksi də 0,9 faiz geriləyib. "Standard & Poor's 500" və "Nasdaq Texnologiya" indeksləri də 0,7 faiz dəyərini itirib. Analitiklər Yunanıstanın kreditorlarla razılıq əldə etmədiyi təqdirdə dünyanın pay bazarlarında indekslərin dəyər itirəcəyini ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə