Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,05 dollar yaxud 0,08% bahalaşıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 64,42 dollara bərabərdir.
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,08 dollar/barel, dünən isə 64,37 dollar/barel olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB