Tütün istehsalı azalıb

Bu ilin yanvar-may ayı ərzində Azərbaycana 130 181,87 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları ixrac edilib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 19 099,46 min dollar, yaxud 12,79% azdır. Nəticədə 2015-ci ilin 5 ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi ixracın 3,20%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana 2 503,46 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,45% azdır. Tütün və tütün əvəzedicilərinin 2014-cü ildə idxalı ölkənin ümumi idxalının 0,06%-nə bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə