Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiridiyi "Mərkəzi Asiya ölkələrində fitosanitar nəzarətin gücləndirilməsi" regional layihəsi çərçivəsində 2-günlük seminar öz işinə başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanda və 4 Orta Asıya (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) ölkəsində növbəti iki il ərzində həyata keçiriləcək layihənin ümumi məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsi, əhalinin qidalanma səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsində siyasətlərin təkmilləşdirilməsi və əsas fitosanitar məsələləri sahəsində milli potensialın gücləndirilməsidir.
Layihə çərçivəsində ticarətin inkişaf etdirilməsi məqsədilə ixrac və idxal bazarlarının qiymətləndirilməsinin aparılması sahəsində layihənin benefisiar ölkələrində milli fitosanitar nəzarət xidmətlərinin dəstəklənməsi; milli fitosanitar qanunvericiliyə baxılması və onların Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası və ÜTT-nin Sanitar və Fitosanitar Qanunvericiliyə uyğunlaşdırılması; zərəvericilərin idarə olunması, beynəlxalq fitosanitar standartlar, zərərvericilərin risk analizinin aparılması sahəsində təlimlərin keçirilməsi vasitəsilə milli potensialın artırılması; eyni zamanda bitki karantin məntəqələrinin və laboratoriyaların müvafiq avadanlıqlarla təmin edilməsi və bu sahədə təlimlərin keçirilməsi vasitəsilə karantin zərərvericilərinin aşkarlanması və ticarət tərəfdaşlarının tələblərinin ödənilməsi məqsədilə ixracın sertifikatlaşdırılması sahəsində institusional imkanların gücləndirilməsi nəzərdə tutulur.
Seminarı giriş sözü ilə açan nazir müavini İlham Quliyev dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışmış, Azərbaycan ilə FAO arasında əməkdaşlığa önəm verildiyini vurğulamışdır. İ. Quliyev FAO tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin verdiyi səmərədən söhbət açmış, o cümlədən fitosanitar sahəsində də həyata keçirilən layihələrin layihələrin, bu sahədə çaləşan mütəxəssislərimizin peşə səviiyəəsinnin artırılmaısna kömək edəcəyini seminar iştirakçılarını nəzərinə çatdırdı.
FAO-nun Azərbaycandakı Nümayəndəsi cənab Mustafa İmir tədbirin açılışında çıxış edərək, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən zərərvericilərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində aparılan məqsədyönlü işlərə istinad etmiş, lakin hazırki dövrdə ətraf mühit faktorlarının çevik dəyişməsi, ticarətin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkəyə yeni zərərvericilərin daxil olmasının böyük risk doğurduğunu vurğulamışdır. Bu baxımdan, karantin zərərvericilərinin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində region ölkələri arasında əməkdaşlıq təşəbbüslərinin inkişaf etdirilməsinə böyük zərurətin olduğunu qeyd etmişdir ki, həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə/amala xidmət edəcəyini bildirmişdir.
Iki gün davam edəcıək seminarda layihə çərçivəsinədə beynəlxalq mütəxəssislərlə yerli mütəxəssisslər arasında fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB