“Darvin Bankəsi”nda işlər uğurla başa çatıb

“Darvin Bankəsi”nda işlər uğurla başa çatıb

SOCAR-ın "Neftqaztikinti" tresti "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Abşeronneft" NQÇİ-nin istismar etdiyi "Darvin Bankəsi" yatağında əlavə 4 quyunun qazılması üçün 670 saylı Stasionar Dəniz Özülünün yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla yerinə yetirib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, layihə neft hasilatının yüksəldilməsi üçün quyu fondunun artırılması məqsədi ilə icra olunub. Layihə çərçivəsində Trest tərəfindən 4 ədəd quyunun qazılması üçün 4 quyu şaxtası və çirkab sularının yığılması üçün 2 tutum quraşdırılmış, mövcud qülləaltı postamentin hərəkət yolu və boru yığma meydançası uzadılmışdır. Tikinti-quraşdırma işləri "Neftqaztikinti" trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə