İlham Şaban: “Boru kəmərinin tikintisi 2016-cı ildə başlayacaq” AÇIQLAMA
"Avropa Cənub Qaz Dəhlizinin vaxtında işə düşməsinin qarşısında süni əngəllər yaradır". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, İtaliyanın İqtisadi İnkişaf Nazirinin sərəncamına əsasən boru kəmərinin tikintisi yalnız 2016-cı ilin mayın 16-da başlayacaq və 2020-ci ilin dekabrın 31-də bitəcək. Nəticədə Azərbaycan qazının qəbulu 2021-ci ildən başlayacaq: "Azərbaycan tərəfi artıq bir neçə dəfə bu mövzunu müzakirə edib. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev də məsələyə toxunaraq qeyd edib ki, Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Azərbaycan qazının Avropaya çatdırılmasında Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və eyni zamanda da TANAP boru kəmərin tikilməsində hər şərait yaradıb. Problemlər isə bu boru kəmər sisteminin, yəni Cənub Qaz Dəhlizinin 3-cü seqmentini isə Trans-Adriatik boru kəmərində özünü biruzə verir. Azərbaycan tərəf bunu nə ilə əlaqəli olduğunu açıqlamasa da belə başa düşmək olar ki, bu, Avropa tərəfdən həmin boru kəmərinin vaxtında işə düşməsinin qarşısında yaradılan süni əngəllikdir.
İqtisadçı xatırladıb ki, Azərbaycan öz qazının Avropaya nəqli üçün Nabucco-West boru kəmərlərinin seçimini edərkən şərt qoymuşdu ki, 2019-cu ildə Azərbaycan qazını Avropa qəbul etməlidir: "Bundan əlavə, 2019-cu ilin sentyabr ayında Bakı şəhərində "Şahdəniz" konsorsiumu ilə Avropa şirkətləri arasında 10 milyard kub qazın alqı-satqısı zamanı göstərilmişdir. Ancaq 1 il keçəndən sonra 2014-cü ilin sentyabrın sonunda TAP konsorsiumu elan etdi ki, Azərbaycan qazını 2020-ci ilin əvvəlindən qəbul etməyə hazırdır və bunu onunla əsaslandırdı ki, Almaniya və Yunanıstanda relief çox çətindir, İtaliyada ekaloji məsələlərlə əlaqədar işlər yubanır. Cari ildən İtaliyanın İqtisadi İnkişaf Naziri sərəncam imzaladı və sərəncamda göstərirdi ki, boru kəmərinin tikintisi yalnız 2016-cı ilin mayın 16-da başlayacaq və 2020-ci ilin dekabrın 31-də bitəcək . Yəni bu o deməkdir ki, Azərbaycan qazının qəbulu 2021-ci ildən başlayacaq. Maraqlıdır ki, Avropa komissiyası Ukraynadakı hadisələrlə əlaqədar olaraq dünyaya car çəkdi ki, biz şaxələndirilmiş enerji təhlükəsizliyinə keçirik və ikinci tərəfdən qeyd etdi ki rusiya qazından asılılığı aradan götürmək istəyirik. Avropa reklam xarakterli olaraq İrandan, İraqdan, Türkmənistandan,hətta Xəzər dənizinin digər tərəfindən qaz almaq fikirlərini ortaya qoydular. Ancaq real qaz olan "Şahdəniz" qazının alınmasını birdənbirə 2019-cu ilədək gecikdirirlər. Əgər Avropa Azərbaycan qazının alınmasın da bu qədər maraqlıdırsa, ehtiyac duyursa o zaman bu əngəlliklər nə ilə bağlıdır?
İlham Şaban əlavə edib ki, dünən "Qazprom"un rəhbəri Aleksey Müller konfransda çıxış edərkən boru kəmərlərinin rəqabətlərindən danışıb: "Qeyd edib ki, Rusiyanın boru kəmərlərinə rəqib olacaq yaxın 15 ildə heç bir layihə görmür. Çüni Rusiyanın imkanları daxilində Avropanın ehtiyacları imkanında bu gün heç bir layihə yoxdur. Maraqlısı da odur ki, Trans-Adriatik layihəsinə toxunub. Qeyd edib ki, 2011-ci ildə o boru kəmərini çəkənlər bəyan edirdilər ki, 2017-ci ildə artıq bu boru kəməri hazır ola bilər. Ancaq bu gün bu layihənin vaxtını uzadaraq deyilir ki, 2021-ci ildə Azərbaycan qazı qəbul ediləcək. Odur ki, mən buna şübhə ilə yanaşıram. Çünki qonşu dövlətdən buu eşitmək çox acınacaqlıdır. Onu da qeyd edim ki, Trans-Adriatik boru kəmərinin səhmdarı həm dövlət, həm də BP şirkətidir".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB