Vüqar Bayramov: “Azərbaycan inkişaf etmiş ölkə statusu alacaq" AÇIQLAMA
"Azərbaycan yaxın zamanlarda inkişaf etmiş ölkə statusu alacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan böyük iyirmiliyə müşahidəçi qismində qatılsa da, son 10 ildə iqtisadiyyatımızda və əlavə gəlirlərdə olan yüksəliş Azərbaycanın ən qısa zamanda inkişaf etmiş ölkələr sırasında olacağının göstəricisidir: "Azərbaycan hazırda böyük iyirmilikdə müşahidəçi statusundan iştirak edir və bildiyiniz kimi böyük iyirmiliyin tədbirlərinə müşahidəçi qismində dəvət edilən ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatının inkişafı, yaxın zamanlarda Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil olmağa imkan verəcək. Nəzərə alsaq ki, Azərbaycan artıq daha yüksək orta gəlirə malik olan ölkələr sırasındadır, bu da o, deməkdir ki, Azərbaycan artıq inkişaf etmiş ölkələr sırasına daxil olacaq. Odur ki, Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda artıq inkişaf etmiş ölkə kimi təmsil olunma imkanları var. Böyük iyirmilik adətən iqtisadiyyatının miqyasına görə böyük olan ölkələrdə olur və digər faktorlardan biri də coğrafi mövqeyi baxımından böyük olması, əhalinin sayının çoxluğu, təbii ki, iqtisadiyyatın böyük olmasına gətirib çıxarır. Azərbaycan üçün məqsəd inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır və son 10 ildə Azərbaycan iqtisasdiyyatının inkişafı göstərir ki, artıq yaxın zamanlarda inkişaf etmiş ölkə statusu alacaq. Azərbaycan dünyada az sayda ölkələrdən biridir ki, son 10 ildə iqtisadiyyatda orta illik artım 10 faiz olub, buna görə də orta illik artım göstəricisi 2 rəqəmlidir. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, əlavə gəlirlərində isə 6,5 dəfə artım var. Orta əmək haqqı 6 dəfə artıb, işsizlik və yoxsulluq səviyyəsi 8 dəfə azalıb. Azərbaycanda ümumdaxili məhsul bir neçə ildən sonra inkişaf etmiş ölkələrlə eyni səviyyədə olacaq. Odur ki, iqtisadi inkişaf və son illərin yekunları göstərir ki, Azərbaycan çox qısa zamanda inkişaf etmiş ölkələr siyahısına daxil olacaq. Nəzərə alsaq ki, Azərbaycan müstəqillik qazananda adam başına düşən ümumdaxili məhsul 2,4 min dollar idi, bu gün isə Azərbaycanda adam başına düşən ümumdaxili məhsul 11 min dollardan çoxdur. Bu da ondan xəbər verirki, Azərbaycan artıq mənəvi şəkildə inkişaf etmiş ölkə statusunu qazanmağa ən real ölkədir. Düşünürəm ki, qısa zamanda səciyyəvi olaraq, Azərbaycan daha yüksək orta gəlirə malik olan ölkə statusu ilə, inkişaf etmiş ölkə statusunun əsasını qoyacaq".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB