Bu gün "Boulevard Hotel Baku" Mehmanxanasının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, otelin təqdimat mərasimində "Absheron Hotel Group"un icraçı direktoru Mark Ehler, "Boulevard Hotel Baku" Mehmanxanasının baş direktoru Klayv Smit və media nümayəndələri iştirak edib.
İlk öncə jurnalistlər otellə tanış edilib. Onlara oteldə yaradılan şəraitlə bağlı məlumat verilib. Daha sonra isə mətbuat konfransı keçirilib. Konfransda çıxış edən "Absheron Hotel Group"un icraçı direktoru Mark Ehler Azərbaycanda bu tip otellərə ehtiyac olduğunu dilə gətirib. Avropa Oyunları və daha sonra keçiriləcək mötəbər tədbirlərə ev sahibliyi edəcək Azərbaycan üçün "Boulevard Hotel Baku" Mehmanxanasının önəmindən danışıb: "Azərbaycan hər il böyük tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərdən biri olaraq Formula- 1 yarışını göstərmək mümkündür. Avropa Oyunlarından sonra keçiriləcək bu mötəbər tədbirdə Azərbaycana minlərlə turist axın edəcək. Çünki bu yarışların dünyada izləyicilərinin sayı 450 – 500 milyondan çoxdur. Həmin azarkeşlər hər il Formula- 1 yarışları keçən ölkələrə səfər edir".
Daha sonra çıxış edən "Boulevard Hotel Baku" Mehmanxanasının baş direktoru Klayv Smit otelin yerləşdiyi ərazinin keçmişi ilə bağlı məlumat verib. O qeyd edib ki, Bulvar Oteli daxilində keçmişlə bu günü yaşadır. Həm klassik şəhər interyeri, həm də yeni interyer təqdim olunur. Bu təkcə otelin otaqlarında deyil, mətbəxində də yer alır".
Sonda çıxış edənlər jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB