Çilovda abadlıq şləri getdikcə sürətlənir

Çilovda abadlıq şləri getdikcə sürətlənir

SOCAR ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu çərçivədə, "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ-nin yerləşdiyi Çilov adasında ekoloji siyasətin həyata keçirilməsi uğurla davam etdirilir. Belə ki, 2015-ci ilin birinci rübü ərzində ada ərazisindəki gölməçələr qurudularaq yaşıllıqların sahəsi genişləndirilmiş, bayraq meydanı ətrafında səliqə-sahman işləri aparılıb. Həmin dövrdə 2500 ədəd ağac və gül kolu əkilib. Ümumiyyətlə, indiyədək adanın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 50 mindən çox zeytun və şam ağacları, dekorativ bitkilər əkilmiş, yaşıllıqlar salınıb. Yaxın gələcəkdə əkiləcək ağacların sayının 100 mini keçməsi nəzərdə tutulur.

Eyni zamanda, adada yaşayan dəniz neftçilərinin sosial-məişət şəraitinin yaxşılışdırılmasına da böyük önəm verilir. Belə ki, yeni yataqxana kompleksi və su şirinləşdirici qurğu tikilmiş, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmış, yolların asfalt örtüyü yenilənmiş, yeni aptek və çay evi tikilərək istifadəyə verilmişdir. Hazırda müasir standartlara cavab verən yeməkxana binasının inşası davam etdirilir. Yeməkxananın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə