İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il mayın 21-də Oğuz rayonunun Yaqublu kəndində işgüzar forum keçirib. Fonddan SİA-ya verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer, taxılçılıq, üzümçülük, tərəvəzçilik və arıçılıq təsərrüfatlarının yaradılması;
- pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB