Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 may 2015-ci il tarixində Lerik şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Komitədən SİA-ya verilən xəbərə görə, qəbulda Lerik, Lənkəran, Astara rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Mədəniyyət Evində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi:
(02525) 4 71 86, (02527) 5 56 47, (02522) 5 16 73
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB