İlham Quliyev: “Bu il məhsuldarlıqda 20 – 30 faiz artım gözlənilir” PROQNOZ
"Ötən il quraqlığa görə taxılçılıqda azalma müşahidə edilmişdi. Elə sahələr oldu ki, taxılçiçən kombaynları sahələrə girə bilmədi". SİA-nın məlumatına görə, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Keçən il quraqlıqla bağlı olaraq zərər çəkən fermerlər kompensasiya edildi. Fermerlər toxumlarla təmin olundu: "Bu ziyanın aradan qaldırılması üçün, ziyan çəkmiş fermerlərin siyahısı kənd təsərrüfatı nazirliyi və yerli orqanlarla birlikdə araşdırıldı və həmin ziyan çəkmiş fermerlərin müəyyən ziyan hissəsini kompensasiya etmək üçün, nazirlik tərəfindən onlara verilən toxumların dəyəri ödənildi. Yəni Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onların toxumlarla təmin olunması həyata keçirildi. Bu il hava şəraiti imkan verir ki, taxıl bol olsun".
İlham Quliyev onu da qeyd etdi ki, bu il taxılın məhsuldarlığında 20 – 30 faiz artım gözlənilir. Nazirlik tərəfindən rayonlara mütəxəssislər ezam olunub ki, məhsulun yığımında problem yaranmasın: "Bizim mütəxəssislərin hesablamalarına görə, 20 – 30 faiz arasında artım olacaq. Bununla əlaqədar olaraq biz hazırda tədbirlər planı hazırlamışıq. Biçini vaxtında, keyfiyyətli, operativ qaydada həyata keçirəcəyik. Bunun üçün bizim şəraitimiz var. Nazirlik tərəfindən dünyanın ən qabaqcıl ölkələrinin taxılbiçən kombaynları alınıb. Bizim işçi heyətimiz formalaşdırılıb, rayonlara mütəxəssislər ezam olunub. Biçin başladığı vaxtda mütəxəssislərin də iştirakı ilə itkisiz bir şəkildə fermerlərin məhsul yığımı həyata keçirilsin. Hesab edirəm ki, bu il taxıl biçini ilə əlaqədar olaraq heç bir problem olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB