Marko Rabbia: “Oteldə Azərbaycan yeməkləri təqdim ediləcək” AÇIQLAMA

Marko Rabbia: “Oteldə Azərbaycan yeməkləri təqdim ediləcək” AÇIQLAMA

"Avropa Oyunları nəzərə alınaraq oteldə Azərbaycan yeməkləri təqdim ediləcək. Turistlərin məmnun qalmaları üçün bütün şərait yaradılıb". SİA-nın məlumatına görə, bu sözləri "İntourist Otel Baku" Mehmanxanasının baş direktoru Marko Rabbia bu gün otelin açılış mərasimində jurnalistlərə verdiyi açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda məşhur olan otel yenidən təmir olunaraq turistlərin istifadəsinə verilib. Avropa Oyunları ilə bağlı olaraq otelin menyusunda dəyişiklik olunub: "İnturist Otel Azərbaycanda məşhur olub. Həm xarici turistlər, həm də yerli insanlar bu oteldə istirahət ediblər. Hazırda isə həmin köhnə otel restavrasiya olunub, lakin klassik ifadələr olan ağ – qara rəng tonları saxlanılıb. Otel 150 otaqdan ibarətdir, 140 nəfərlik işçi heyətinə malikik. 8 ölkənin peşəkar turizm işçiləri oteldə fəaliyyət göstərir, işçilərin 40 faizi isə xanımlardır. Menyular daha çox ispan mətbəxinə aiddir. Avropa Oyunları nəzərə alınaraq oteldə Azərbaycan yeməkləri təqdim ediləcək. Turistlərin məmnun qalmaları üçün bütün şərait yaradılıb. Avropa Oyunlarının açılış və bağlanış günləri üçün bütün otaqlar sifariş edilib. Azərbaycanda möhtəşəm bir yarışın keçiriləcəyini gözləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə