Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən SİA-ya verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,25% və ya 0,17 dollar azalaraq 66,99 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə