“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 2585 nömrəli meydançadan 2593 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2320 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə