"Reklam haqqında" qanun qəbul edilib

"Reklam haqqında" qanun qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasının "Reklam haqqında" Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib. SİA-nın məlumatına görə, layihə barədə məlumat verən millət vəkili Vahid Əhmədov deyib ki, ötən iclaslarda millət vəkilləri tərəfindən verilən təkliflər nəzərə alınıb və düzəlişlər edilib.

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Azay Quliyev deyib ki, bu gün televiziyalarda gedən seriallarda müxtəlif gizli reklamlar gedir: "Hesab edirəm ki, buna qarşı tədbirlər gücləndirilməlidir. Həmçinin aidiyyatı qurumlar bununla bağlı monitorinqlər aparmalıdır".

Qanun layihəsi səsvermədən sonra qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə