Alper Coşkun: “G-20 konfransı bizim üçün son dərəcə əhəmiyyətli tədbir idi” AÇIQLAMA

Alper Coşkun: “G-20 konfransı bizim üçün son dərəcə əhəmiyyətli tədbir idi” AÇIQLAMA

"G-20-yə rəhbərlik etdiyimiz müddətdə bir ölkəni bu birliyə dəvət etmək hüququmuz var idi. Bu təbii haqqımızı Azərbaycan üçün istifadə etdik". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun bu gün İqtisad Universitetində "G-20: Türkiyənin Sədrliyinin Prioritetləri və Azərbaycanın Yeni İqtisadi Əməkdaşlıq İmkanları" mövzusunda keçirilən elmi- praktiki konfrans zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin G-20-yə rəhbərliyi çərçivəsində Azərbaycanı birliyə dəvət etməsi Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilib. Türkiyə G-20 çərçivəsində bir neçə layihələr həyata keçirir ki, bunlardan biri də bir neçə gün əvvəl Azərbaycanda baş tutan konfrans olub: "Türkiyənin atdığı bu addım Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycan və Türkiyə strateji tərəfdaşlardır. G-20 çərçivəsində həm gənclərlə, həm qadınlarla, həm də işadamları ilə birlikdə layihələr həyata keçiririk. Bunlardan biri də Bakıda keçirilən toplantımız olub. Bu konfrans bizim üçün son dərəcə lazımlı bir tədbir idi. Biz bundan sonra da qarşılıqlı münasibətlərimizi belə sıx saxlayacayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə