Tarixi İpək Yolu bərpa olunur. SİA- nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 21 trilyon dollarlıq İpək Yolunun bərpası fikrini Çinin dövlət başçısı Şi Cinping səsləndirib.
O qeyd edib ki, İpək Yolunun yenidən canlandırılması ilə bağlı layihələr artıq işə salınacaq: "İpək Yolunun İqtisadi Qurşağı" və "21-ci əsr Dəniz Üzərindəki İpək Yolu" olaraq həyata keçiriləcək "Bir Qurşaq Bir Yol" layihəsi, Şərqi Asiya ilə Avropa iqtisadiyyatını bir-birinə bağlayacaq. Layihə çərçivəsində İpək Yolu 65 ölkədən keçəcək. Bu ölkələrin ümumi iqtisadi böyüklüyü 21 trilyon dollar təşkil edir".
Layihənin nəzəriyyəsi ortaq inkişaf, hədəfi isə əməkdaşlıq və ortaq qazancdır. Həyata keçiriləcək layihə çərçivəsində gələcək 5 il içərisində Çin 10 trilyon dollarlıq mal idxal edəcək, xarici ölkələrə 500 milyard dollarlıq birbaşa investisiya yatıracaq. 500 milyon Çinli turist isə xaricə çıxmaq şansı əldə edəcək. Layihənin üstünlüklərindən istifadə edən Çin və İpək Yolu ölkələri yeni rəqabət gücünü formalaşdıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB